Suriya nümayəndə heyəti ABŞ vasitəsilə İsraillə danışıqlara başlayıb

Suriya nümayəndə heyəti ABŞ vasitəsilə İsraillə danışıqlara başlayıb
05 Yan 2026 16:50

Danışıqların əsas mövzusu 1974-cü il Qoşunların Çəkilməsi Sazişinin bərpasıdır.

Suriya Ərəb Respublikasından olan nümayəndə heyəti ABŞ-ın vasitəçiliyi ilə İsraillə görüşlərə başlayıb. Hökumət mənbələrinin məlumatına görə, heyətə xarici işlər naziri Əsəd Həsən əl-ŞeybaniBaş Kəşfiyyat İdarəsinin direktoru Hüseyn əl-Səlami rəhbərlik edir.

Mənbə bildirib ki, danışıqların məqsədi 1974-cü il Qoşunların Çəkilməsi Sazişinin yenidən həyata keçirilməsidir. Bu çərçivədə İsrail qüvvələrinin 8 dekabr 2024-cü ildən əvvəl əvvəlki mövqelərinə geri çəkilməsi, Suriyanın tam suverenliyinin təmin olunması və ölkənin daxili işlərinə müdaxilənin qarşısının alınması planlaşdırılır.

Danışıqların uğuru regionda təhlükəsizlik balansının bərpası və Suriyanın ərazi bütövlüyünün möhkəmlənməsi baxımından kritik əhəmiyyət daşıyır.


Sizin reklam burada
Sizin reklam burada