Lerik, Azərbaycan — Lerik rayonunda fəaliyyət göstərən məktəblərdən birində baş verdiyi iddia olunan şəxsi münasibət qalmaqalı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
News365.az xəbər verir ki, aparıcı Amil Xəlil sosial platformalarda yayılan məlumatlara görə, məktəbin evli direktoru ingilis dili müəlliminə eşq elan edib və ailəsi tərəfindən müəllimə elçi göndərilib. İddialarda bildirilir ki, direktorun atası xanım müəlliməyə “oğluma səni istəyirəm” deyərək razılıq (“hə”) cavabı alıb və ardınca dini kəbin mərasimi də həyata keçirilib.
Lakin iddialara əsasən, bir müddət sonra direktor müəllimədən maddi maraq əldə etdikdən sonra onun yaşadığı evi tərk edib.
Anonim paylaşımlarda həmçinin vurğulanır ki, hadisədən məktəb kollektivi, kənd sakinləri və ətraf obalar xəbərdar olub. Direktora qarşı açıq şəkildə “niyə qadınları aldadırsan?” sualını verən müəllimin olmaması isə, onun ailəsinin bölgədə nüfuzlu olması və qardaşının da qonşu kənddə direktor vəzifəsi daşıması ilə əlaqələndirilir.
Məlumatlarda o da iddia olunur ki, xanım müəllimə əvvəlcədən kənd sakinləri tərəfindən dəfələrlə xəbərdar edilib, lakin o, bu xəbərdarlıqları “paxıllıqdır” kimi qəbul edərək inanmayıb və aldadılıb.
Sosial şəbəkələrdə yayılan səs yazıları və izahatlar təhsil ictimaiyyətində xəcalət və narahatlıq yaratdığı qeyd olunur.
Məsələ ilə bağlı rəsmi araşdırmanın aparılıb-aparılmadığı barədə hələlik açıq məlumat yoxdur.
News365.az