"Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir" - Prezident

"Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir" - Prezident
05 Yan 2026 16:10

Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir.

News365.az xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı müraciətdə yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına, o cümlədən xristian icmasına etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlamaq və daha da inkişaf etdirmək üçün hərtərəfli demokratik-hüquqi şərait yaradılıb. “Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, ümumi evimiz Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə səylərini əsirgəmirlər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.



Sizin reklam burada
Sizin reklam burada