Şair və qiraətçi Nazilə Səfərli müğənni Afət Fərmanqızı barədə maraqlı açıqlama verib.
News365.az xəbər verir ki, sənətçi Afətin həm maddi məsələlərdə, həm də insanlarla münasibətlərdə bacarıqlı olduğunu vurğulayıb.
Səfərlinin sözlərinə görə, Afət Fərmanqızı qazanc əldə etməyi və pulu düzgün idarə etməyi çox yaxşı bilir:
“Mən Afətə zarafatla ‘JEK müdiri’ deyirəm. Çünki o, qazanmağı və pulu idarə etməyi əla bacarır. Düşünürəm ki, bir çox insanlar bu mövzuda Afətdən öyrənə bilər.”
Şairə həmçinin Afətin böyük ürəyə sahib olduğunu da qeyd edib:
“Afətin çox böyük ürəyi var. İstədiyi insanı səliqəli şəkildə dəstəkləyə bilər, istəsə isə sərt yanaşa da bilər. Biz gördüklərimizi danışaq da.”
Nazilə Səfərlinin bu sözləri sosial şəbəkələrdə diqqət çəkib və istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.
News365.az