Tramp və mən qəti bir mövqedəyik: İranın ballistik raket sənayesini bərpa etməsinə icazə verməyəcəyik.
News365.az “Ynet”ə istinadən xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu bildirib.
“Əlbəttə ki, İranın nüvə proqramını da yeniləməsinə icazə verməyəcəyik. Bu, dəyişməz qalan ümumi mövqedir”, - Netanyahu vurğulayıb.
Netanyahu növbəti dəfə İranı hədələyib. Baş nazir qeyd edib ki, İsrail hücuma məruz qalsa, İran üçün nəticələr çox ağır olacaq.
“Biz İsraildə İran xalqının azadlıq və ədalət uğrunda mübarizəsini bölüşürük. Ola bilsin ki, biz İran xalqının öz taleyini öz əlinə alacağı həlledici anı yaşayırıq”, - o əlavə edib.