Prezident nazir müavininə yüksək vəzifə verdi

Prezident nazir müavininə yüksək vəzifə verdi
05 Yan 2026 15:35

Ukrayna prezidenti Volodimyr Zelenski diplomatı Sergey Kislitsi Prezident Aparatı rəhbərinin birinci müavini təyin edib.

News365.az xəbər verir ki, bu, prezidentin 5 yanvar tarixli fərmanı ilə elan edilib.

Sergey Kislits bu yaxınlara qədər Ukrayna xarici işlər nazirinin birinci müavini vəzifəsində çalışıb. O, həmçinin müharibəyə son qoymaq və sülhə nail olmaq üçün ABŞ və digər beynəlxalq tərəfdaşlar, eləcə də Rusiya ilə danışıqlarda iştirak etmək üçün Ukrayna nümayəndə heyətinin tərkibində yer alır.

Sergey KislitsTaras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunu beynəlxalq hüquq ixtisası üzrə bitirib. O, fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir. O, bütün peşəkar karyerasını diplomatı kimi keçirib. 2020-ci ilin fevral ayından 2025-ci ilin fevral ayına qədər Ukraynanın BMT-dəki Daimi Nümayəndəsi olub.

Xatırladaq ki, bu il yanvarın 2-də Ukrayna prezidenti Volodimir Zelenski general-leytenant Kiril Budanovu Prezident Aparatının yeni rəhbəri təyin edib. Eyni zamanda, prezident başqa bir fərmanla K.Budanovu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsindən azad edib. Digər fərmanla Oleq İvaşçenko Baş Kəşfiyyat İdarəsinin yeni rəisi olub.


Sizin reklam burada
Sizin reklam burada