"Avropadan fərqli olaraq burada müharibə, qeyri-qanuni miqrasiya, ailə dəyərlərini sıxışdıran nələrsə yoxdur".
News365.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə bildirib.
Viktior Orban deyib ki, Avropada çatışmayan inkişaf, qarşılıqlı hörmətdir: “Bunlar burada var. Bu gün burada güclü liderlər toplaşıb”.