Amerikalı aktyor Jan-Klod Van Dammın Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən heykəli bərpa olunub.
News365.az xəbər verir ki, bununla bağlı jurnalist Şakir Eminbəyli sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Vəndam qəsəbəsində ucaldılan Jan-Klod Van Dammın heykəlinin müəllifi tanınmış heykəltaraş Azad Əliyevdir.
Xatırladaq ki, Jan-Klod Van Dammın oğlu Kristofer Van Barenberq 2021-ci ildə azərbaycanlı Suada Hacızadə ilə ailə həyatı qurub. Bu evlilik Azərbaycan ictimaiyyətində böyük maraq doğurmuşdu.