"Uzun müddətdir ki, Paşinyanın “zikzak” adlandırılan açıqlamalarına şahid oluruq"- Politoloqdan şərh

"Uzun müddətdir ki, Paşinyanın “zikzak” adlandırılan açıqlamalarına şahid oluruq"- Politoloqdan şərh
18 Fev 2025 14:25

"Əslində, biz uzun müddətdir ki, Nikol Paşinyanın siyasətdə ziddiyyətli – “zikzak” adlandırılan açıqlamalarına şahid oluruq. Robert Köçəryanın son açıqlamalarından sonra bir daha əmin ola bilərik ki, Paşinyanın qeyri-müəyyən siyasətinin səbəblərindən biri də onun daxili qüvvələrin – yəni həm ona müxalif olanlar, həm də ona təzyiq göstərən dairələrin təsiri altında olmasıdır. Buraya həm kilsə, həm də Rusiyaya bağlı parlament müxalifətinin daxil olduğu “beşinci kolon” aid edilə bilər."

Politoloq Taleh Əliyev bunu News365.az-a açıqlamasında deyib. 

"Lakin Paşinyanın bu tərəddüdlü siyasəti uzun müddət davam edə bilməz. Azərbaycanın da bu məsələlərdə Paşinyana anlayış göstərməsinin bir həddi, bir son mərhələsi olmalıdır. Mən düşünürəm ki, Paşinyan ya daxildə həm kilsə, həm də parlament müxalifəti ilə anlaşaraq Azərbaycana qarşı öhdəliklərini yerinə yetirməkdən yayınmağa davam edəcək və bu da Azərbaycanın qəti addımları ilə nəticələnəcək, ya da Azərbaycanla etimad quraraq daxildəki dağıdıcı qüvvələrə – həm kilsəyə, həm də parlament müxalifətinə qarşı qətiyyətli addımlar atacaq.

Əslində, Robert Köçəryanın bu açıqlamaları Moskvanın mövqeyini əks etdirir. Donald Tramp və Vladimir Putin arasındakı son danışıqlardan sonra Moskvanın yenidən gücünü toparlamağa çalışdığı və regional proseslərə müdaxiləni bərpa etməyə hazırlaşdığı ehtimalı irəli sürülə bilər. Buna görə də Robert Köçəryanın fəallaşmasını təsadüfi hesab etmək olmaz."


Sizin reklam burada
Sizin reklam burada