“Azərbaycan Dəmir Yolları” iri bank ilə müzakirələr apardı- FOTOLAR

“Azərbaycan Dəmir Yolları” iri bank ilə müzakirələr apardı- FOTOLAR
20 Fev 2025 17:25

Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Asiya İnkişaf Bankının (AİB) ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Sunniya Durrani-Camalla görüşüb.

ADY-nin yaydığı məlumatda bildirilir ki, rəqəmsallaşma, dekarbonizasiya, dayanıqlılıq və digər istiqamətlərdə əməkdaşlığın müzakirə olunduğu görüşdə iki qurum arasında səmərəli tərəfdaşlıq münasibətləri və AİB-in Azərbaycanın dəmiryol infrastrukturunun inkişafına dəstəyi yüksək qiymətləndirilib.

Qeyd olunub ki, enerjiyə qənaət, bərpa olunan enerji istehsalı, tullantıların idarə olunması, resursların səmərəli istifadəsi kimi sahələr karbon izinin azaldılmasına böyük önəm verən ADY ilə AİB arasında əməkdaşlığın yeni mərhələsi kimi nəzərdən keçirilə bilər.

Görüşdə həmçinin AİB-in dəstəyi ilə həyata keçirilən Azərbaycan dəmiryol sisteminin rəqəmsallaşdırılması, Sumqayıt–Yalama dəmiryol xəttinin bərpası kimi layihələr və yeni istiqamətlərdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.


Sizin reklam burada
Sizin reklam burada