ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymağa hazırdır.
News365.az xəbər verir ki, bunu “Fox Nyus”a ABŞ liderinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts deyib.
"Prezident münaqişəyə son qoymağa sadiqdir. O, bunu dəfələrlə açıq şəkildə bəyan edib. ABŞ-ın əvvəlki administrasiyası münaqişəni həll etməyə hətta cəhd belə etməyib”, - deyə o bildirib.