DƏHŞƏTLİ HADİSƏ: Şəhidin 14 yaşlı oğlu güllələnərək həyatını itirdi

DƏHŞƏTLİ HADİSƏ: Şəhidin 14 yaşlı oğlu güllələnərək həyatını itirdi
20 Fev 2025 16:08

Masallı rayonunda faciəvi hadisə baş verib.

News365.az-ın əldə etdiyi məlumata görə, şəhidin 14 yaşlı oğlu naməlum şəxs tərəfindən tüfənglə vurularaq ağır yaralanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı şəraitdə baş verdiyi və yeniyetmənin kim tərəfindən vurulduğu hələ ki, məlum deyil.

Hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır.

Hadisənin təsadüfi və ya qəsdən törədildiyi də dəqiqləşdirilməlidir.

Mövzu ilə bağlı rəsmi açıqlama verildikdən sonra əlavə məlumat təqdim ediləcək.



Sizin reklam burada
Sizin reklam burada