Rusiyada pilotsuz təyyarələrin hücumu təhlükəsi elan edilib.
News365.az xəbər verir ki, bu barədə fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə vahid dövlət sistemi məlumat yayıb.
Məlumata görə, bütün Rostov vilayətində yerli sakinlər pəncərələrdən uzaq durmağa və bütün təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırılıb.
Qeyd olunub ki, Belqorod vilayətinin başçısı Vyaçeslav Qladkov bildirib ki, Ukrayna Silahlı Qüvvələri son sutka ərzində 90-dan çox pilotsuz uçuş aparatından istifadə edərək bölgəyə hücum edib.