Qəzaya uğrayan təyyarənin sərnişinlərinə 30 min ödəniləcək

Qəzaya uğrayan təyyarənin sərnişinlərinə 30 min ödəniləcək
20 Fev 2025 21:59

Kanadanın Toronto şəhərində qəzaya uğrayan "Delta Air Lines" təyyarəsinin sərnişinlərinin hər birinə 30 min dollar (51000 manat) ödəniləcək.


News365.az xəbər verir ki, bu barədə "NBC Nyus" məlumat yayıb.


Nəşr sərnişinlərin bu pulu necə ala biləcəyinə aydınlıq gətirməyib. Lakin məlumdur ki, 76 sərnişinin hamısı aviaşirkətin təklifindən yararlansa, o zaman ümumilikdə təxminən 2,3 milyon dollar (3.876.000 manat) ödənilməlidir.


Qeyd edək ki, "Bombardier CRJ-900" təyyarəsi güclü külək və qar fırtınası zamanı Torontoda sərt eniş edərkən tərsinə çevrilib və qanadını itirib. Sərnişinlər arasında yaralananlar olub.


Sizin reklam burada
Sizin reklam burada