Ura.ru-nun üçüncü əməkdaşı da saxlanıldı

Ura.ru-nun üçüncü əməkdaşı da saxlanıldı
05 İyn 2025 12:05

Xəbər verdiyimiz kimi Rusiyanın tanınmış xəbər agentliklərindən olan Ura.ru-nun redaksiyasında axtarışlar aparılıb. Yerli medianın yaydığı məlumata görə, artıq saxlanılanlar var. 

"Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq nəşrin Sverdlovsk redaksiyasının üçüncü əməkdaşını saxlayıblar",- TASS mənbələrinə istinadən yazıb.


Agentliyin məlumatına görə, nəşrin jurnalisti Sergey Bodrov saxlanılıb. O, redaksiyanın təhlükəsizlik güclərindən əldə etdiyi şəxsi məlumatlardan qanunsuz istifadə etməkdə şübhəli bilinir.


"Ura.ru-nun jurnalisti Sergey Bodrov saxlanılıb. Hazırda o, dindirilmək üçün aparılıb. O, Ura.ru redaksiyasının təhlükəsizlik güclərindən əldə etdiyi şəxsi məlumatlardan qanunsuz istifadə etməkdə şübhəli bilinir", - agentliyin mənbəsi bildirib.

Ura.ru nəşri 2006-cı ildə yaradılıb. Onun əsas ofisi Yekaterinburqda yerləşir. Nəşrin jurnalistləri Rusiyanın müxtəlif bölgələrində çalışırlar.

Tural


Sizin reklam burada
Sizin reklam burada