Ukraynanın hələ də qələbə şansı var -"Foreign Affairs"

Ukraynanın hələ də qələbə şansı var -"Foreign Affairs"
11:40

ABŞ prezidenti Donald Tramp 2025-ci ilin əvvəlində vəzifəyə gələndə Vaşinqtonda çoxları Ukraynadakı müharibənin tez bir zamanda həllini gözləyirdi. Bu barədə "Foreign Affairs" nəşri yazıb.


Qeyd olunub ki, o, seçki kampaniyası zamanı münaqişəni 24 saata bitirə biləcəyi ilə öyünürdü. Bu konkret vədə az sayda analitik inansa da, bir çoxları qarşıdan gələn sövdələşmənin mümkün şərtləri və vaxtı haqqında fərziyyələr irəli sürdülər.

"Rusiya iqtisadi cəhətdən bir çox analitiklərin düşündüyündən daha zəifdir və sərt sanksiyalar və ixraca nəzarət hələ də onun müharibə iqtisadiyyatını iflic edə bilər. Ukrayna ağıllı mübarizə aparır və daha yüksək səviyyəli pilotsuz təyyarələr, hava hücumundan müdafiə sistemləri, uzaq mənzilli raketlər və döyüş sursatları ilə döyüşün gedişatını dəyişə bilər. Əgər həm Avropa, həm də ABŞ ona lazım olan yardımı göstərmək qərarına gəlsə Kiyev strategiyanı dəyişib yaxın gələcəkdə müharibədə qalib gələ bilər",- müəllif yazıb.

Jurnalistlərin fikrincə, bu ilin əvvəlində nizamlanma ilə bağlı vaxtından əvvəl nikbinlik nümayiş etdirildi. Bu nikbinliyin böyük hissəsi Ukraynanın uduzması və tezliklə çarəsizlikdən danışıqlara getməyə məcbur olacağına dair fərziyələrdən irəli gəlirdi. Tramp bu ritorikanı Ukrayna prezidenti Vladimir Zelenskinin “heç bir kartı qalmadığını” iddia etməklə daha da gücləndirdi.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada