Ukraynanın 270 hərbi əsiri və 120 mülki şəxsi qaytarıldı

Ukraynanın 270 hərbi əsiri və 120 mülki şəxsi qaytarıldı
23 May 2025 18:50

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Belə ki, mayın 16-da İstanbulda əldə olunmuş Rusiya-Ukrayna razılaşmalarına əsasən, 270 Rusiya hərbçisi, o cümlədən Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş Kursk vilayətindən olan mülki şəxslər də daxil olmaqla 120 mülki şəxs Rusiyaya geri qaytarılıb.

Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 270 hərbi əsiri və 120 mülki şəxsi Kiyevə təhvil verilib.


Sizin reklam burada
Sizin reklam burada