"Ukraynada münaqişə tərəflərdən biri təslim olana qədər davam edəcək".
"Gazeta"nın yaydığı məlumata görə, bunu Kiyevdən olan politoloq Ruslan Bortnik özünün YouTube video bloqunda bildirib.
“Müharibə tərəflərdən biri kapitulyasiyaya qol çəkənə qədər davam edəcək. Üstəlik, Ukraynanın təslim olması, təəssüf ki, Rusiyadan daha çox ehtimal olunan ssenaridir”, - o qeyd edib.
Ekspert hesab edir ki, Kiyev sülh müqaviləsinin əldə olunması üçün həddən artıq yüksək tələblər irəli sürür və Rusiya bunu qəbul etməkdən imtina edəcək.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural