“Ukraynada baş verən hadisələrin arxasında Kreml dayanır”- Əli Mustafa

“Ukraynada baş verən hadisələrin arxasında Kreml dayanır”- Əli Mustafa
25 İyl 2025 10:30

Ukraynada davam edən müharibə fonunda ölkədə ciddi sosial, siyasi və təhlükəsizlik problemləri yaşanır. Ölkənin şəhər və kəndləri dağıdılır, eyni zamanda Rusiya tərəfindən aparılan güclü təbliğat fəaliyyəti 24 saat fasiləsiz davam etdirilir.

Politoloq Əli Mustafa News365.az-a açıqlamasında bildirib ki, Ukraynada da digər keçmiş sovet respublikalarında olduğu kimi Rusiyanın geniş şəbəkəsi – “5-ci kolonu” fəaliyyət göstərir. Onun sözlərinə görə, bu şəbəkə təkcə xaricdən deyil, həm də ölkənin içərisindən idarə olunur:

“Hazırda Ukrayna Prezidenti Vladimir Zelenskinin fəaliyyətində elə bir qabarıq narazılıq dalğası müşahidə olunmur. Əhalidə narazılıq olsa da, insanlar bu faciələrin səbəbini Zelenski hakimiyyətində deyil, Rusiyanın işğalçı siyasətində görür.”

Ə.Mustafa əlavə edib ki, Ukraynada baş verən proseslərin arxasında böyük ehtimalla Kremlin və Rusiyanın kəşfiyyat orqanlarının izi var:

“Müharibədən bezən, ümidsiz qalan insanların hansısa formada manipulyasiya olunaraq sabitliyi pozması mümkündür. Bu, istisna deyil. Amma bu, təkcə Ukraynaya xas hal deyil. Demokratik ölkələrdə, o cümlədən ABŞ-da da prezidentlərə qarşı etirazlar olur. Mühüm olan odur ki, bu etirazların səbəbi və mənbəyi düzgün təhlil olunsun.”

Politoloq qeyd edib ki, Ukraynadakı indiki durumda ölkə daxilində baş verən istənilən hadisəyə diqqətlə yanaşmaq, arxa planını düzgün oxumaq vacibdir.


Sizin reklam burada
Sizin reklam burada