Rusiyanın dövlətçilik prinsipi əsrlərdir dəyişməyib – Elçin Alıoğlu

Rusiyanın dövlətçilik prinsipi əsrlərdir dəyişməyib – Elçin Alıoğlu
12:09

Rusiyanın müasir dövlətçilik tarixi XVI əsrdən başlayır və o dövrdən bu günə qədər dəyişməz bir prinsipə əsaslanır: “ya hər şey, ya heç nə”.

Bu barədə politoloq Elçin Alıoğlu News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, çar Boris Qodunov dövründən etibarən Rusiya bütün müharibələrdə yalnız hədəfin tam yerinə yetirilməsini qələbə, əks halda isə məğlubiyyət kimi qiymətləndirib:

“Rusiyanın tarix boyu həyata keçirdiyi bütün siyasətlər mahiyyətcə dəyişməyib. Dövlətin ideoloji təməlində rus əsgərinin getməli olduğu istiqaməti göstərmək dayanır. Bu gün də ‘orta statistik rus’ anlayışı ilə sadə vətəndaşlara mesaj verilir ki, onlar dövlətin istədiyi istiqamətdə hərəkət etsinlər”.

Politoloq əlavə edib ki, rus ədiblərinin də bu mövzuda məşhur bir deyimi var: “Müharibənin başlanğıcı gül kimidir, lakin sonu çox zaman qan və faciə ilə nəticələnir”.

Onun sözlərinə görə, hazırda Ukrayna müharibəsində də Kreml eyni prinsipi izləyir, lakin istədiyi nəticəni əldə edə bilmir.


Sizin reklam burada
Sizin reklam burada