Ukrayna Rusiyanın Rostov vilayətində raket istehsalında istifadə olunan “Kamenski” kombinatına zərbə endirib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb. Onun sözlərinə görə, hücum nəticəsində “Pantsir-S2” zenit-raket kompleksi və S-400 “Triumf” sisteminin komanda-qərargah maşını da vurulub.
Zelenski zərərçəkmiş hava hücumundan müdafiə obyektlərinin ümumi dəyərinin təxminən 70 milyon dollar olduğunu bildirib.
Ukrayna lideri zərbələrin dəqiqliyinə görə Ukrayna Təhlükəsizlik Xidmətinin və Müdafiə Qüvvələrinin digər bölmələrinin hərbçilərinə təşəkkür edib.