Bəhreyndə Azərbaycanla sülh prosesindən danışıldı - Mirzoyan

Bəhreyndə Azərbaycanla sülh prosesindən danışıldı - Mirzoyan
21:40

Bəhreynin paytaxtı Manamada Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb.

News365.az xəbər verir ki, bu barədə Mirzoyan X hesabında yazıb.

"Regional bağlantı, TRIPP layihəsi və Azərbaycanla Ermənistan arasında sülhün daha da institusionallaşdırılması barədə fikir mübadiləsi apardıq", - Mirzoyan qeyd edib.

Görüşdə həmçinin əməkdaşlığın gücləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri də gündəmə gətirilib.


Sizin reklam burada
Sizin reklam burada