ABŞ-da stadionda atışma: 1 ölü, 8 yaralı var - Video

ABŞ-da stadionda atışma: 1 ölü, 8 yaralı var - Video
14:11

Oktyabrın 31-də axşam saatlarında ABŞ-ın Alabama ştatının Birmingem şəhərindəki "Legion Field" stadionunun ərazisində baş verən atışma nəticəsində azı bir nəfər həlak olub, daha səkkiz nəfər yaralanıb.

Bu barədə "ABC News" telekanalı polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, doqquz nəfər güllə yarası alıb, onlardan biri ölüb. Daha bir yaralının vəziyyəti kritik qiymətləndirilir.

Polis əməkdaşları hadisə yerində bir neçə odlu silah aşkarlayıblar. Şübhəli şəxs saxlanılaraq dindirilmək üçün polis bölməsinə aparılıb.


Sizin reklam burada
Sizin reklam burada