Göygöldə avtomobil qəzasında ölənin kimliyi məlum olub.
Yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən şəxs Göyçay rayon sakini, 1968-ci il təvəllüdlü Əhliman Qəfərovdur.
Xatırladaq ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun Toğanalı kənd ərazisindən keçən hissəsində "Hovo" markalı yük maşının divara çırpılması nəticəsində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır. 13:56
Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində ölən və xəsarət alanın olduğu bildirilir.
Əraziyə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.