ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika qüvvələri İranın silahlı qüvvələrinin böyük hissəsini sıradan çıxarıb, lakin hələ də “həll edilməli” bir-iki hədəf qalıb.
Tramp Floridadakı iqamətgahında jurnalistlərlə görüşündə ABŞ ordusunun bu hədəfləri təxminən 10 dəqiqəyə məhv edə biləcəyini deyib.
Onun sözlərinə görə, hədəflərdən biri ABŞ-da “Pikaks dağı” adlandırılan Köh-e Kolanq dağı ərazisində yerləşir.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio Trampın İrana yeni zərbələr endirilməsi ilə bağlı hələ qərar vermədiyini və Vaşinqtonun diplomatiyaya açıq olduğunu bildirib. Həmin gün İranın ali lideri Müctəba Xamenei ABŞ və İsraili hərbi əməliyyatları bərpa etməmək barədə xəbərdar edib.