"Belarus Ukraynanı Minskdəki təhlükəsizlik konfransına dəvət etməyib".
News365.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Avrasiya təhlükəsizliyi üzrə II Minsk Beynəlxalq Konfransında iştirakın yekunlarına dair mətbuat konfransında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O, bildirib ki, Ukrayna Minskdə keçiriləcək təhlükəsizlik konfransına dəvət edilməyib. Çünki Kiyev hakimiyyətinin siyasəti indi fərqli istiqamətdə gedir.
"Mən bildiyimə görə, Ukraynaya heç bir dəvət göndərilməyib. Düzünü desəm, maraqlanmadım, amma məlum olardı", - deyə diplomat bildirib.
Qeyd edək ki, Avrasiya təhlükəsizliyi üzrə II Minsk konfransı oktyabrın 31-dən noyabrın 1-dək keçiriləcək.
Tədbirdə 40-dan çox ölkədən 600-ə yaxın iştirakçı, o cümlədən ATƏT, MDB, ŞƏT ölkələrinin nümayəndələri, eləcə də bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək.