Ukrayna Ər-Riyadda ABŞ ilə bunu müzakirə edirmiş

Ukrayna Ər-Riyadda ABŞ ilə bunu müzakirə edirmiş
24 Mar 2025 16:05

"Ukrayna və ABŞ nümayəndə heyətləri martın 23-də Ər-Riyadda apardıqları danışıqlar zamanı Qara dənizdə atəşkəs imkanını və liman, çay infrastrukturunun bu rejimə daxil edilməsi məsələsini müzakirə ediblər".

News365.az "Rada" telekanalına istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodomir Zelenskinin ofisinin müşaviri Sergey Leşenko deyib.

Onun sözlərinə görə, görüş iki mövzuya aid olub - infrastruktur və gəmiçiliyin təhlükəsizliyi:

"Söhbət ikitərəfli atəşkəsdən gedib. Əsirlər mübadiləsinin davam etdirilməsi mövzusu da qaldırılıb. Danışıqlar texniki xarakter daşıyıb".


Sizin reklam burada
Sizin reklam burada