Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb - DİN

Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb - DİN
10:25

Aprelin 5-də və 6-da ölkə ərazisində qeydə alınan 90, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

News365.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 33, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb.


Sizin reklam burada
Sizin reklam burada