Ermənistan “Prachand” helikopterini almaq istəyir

Ermənistan “Prachand” helikopterini almaq istəyir
06 Apr 2025 22:15

Ermənistan Hindistandan dağlıq ərazidə döyüş əməliyyatları üçün nəzərdə tutulmuş “Prachand” helikopteri ola bilər.


News365.az haqqin.az-a istinadla xəbər verir ki, bu barədə “Avrasian Tayms” qəzetində dərc olunan məqalədə bildirilib.


“Prachand” helikopterinin seriya istehsalına 2023-cü ildə başlanılıb. “Prachand” 6 min 400 metrdən çox hündürlükdə uçmaq qabiliyyəti ilə fərqlənir. Himalay dağlarının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmış yeni helikopter özündə möhkəm dizaynı, manevr qabiliyyətini və ən əsası dağlıq ərazilərin nadir atmosferinə tam uyğunlaşma qabiliyyətini birləşdirir.


“Prachand” helikopteri Hindistan-Fransa konsorsiumu tərəfindən hazırlanmış, aşağı oksigen şəraitində işləməyə qadir olan ikimühərrikli elektrik stansiyası ilə təchiz edilib. Xüsusilə möhkəm şassisi qeyri-bərabər və qayalı səthlərə enməyə imkan verir.


Qeyd edək ki, helikopteldə olan “Helina” tank əleyhinə raketi Hindistanın hərbi əməliyyatlarının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb və tankları, bunkerləri və istehkamları vurmağa qadirdir. Ermənistan hələ helikopterə rəsmi maraq göstərməsə də, Hindistanın bir sıra mənbələrində İrəvanın potensial alıcı kimi qeyd olunması diqqət çəkir. Ermənistan Hərbi Hava Qüvvələrinin zəifliyini və helikopter komponentinin demək olar ki, tamamilə olmadığını nəzərə alsaq, “Prachand” Cənubi Qafqazın dağlıq ərazilərində Ermənistan ordusunun döyüş qabiliyyətini artıra bilər. Lakin mövcud iqtisadi və siyasi vəziyyəti nəzərə alsaq, belə bir müqavilənin yaxın gələcəkdə həyata keçirilməsi çətin görünür.


Sizin reklam burada
Sizin reklam burada