Avropa İttifaqının (Aİ) maliyyə nazirləri son zamanlar irəli sürülən təşəbbüsləri tamamlayacaq yeni hökumətlərarası müdafiə fondunun yaradılmasını müzakirə edəcəklər. Bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, aprelin 12-də Varşavada fondun yaradılması məsələsi ilə bağlı iclas keçiriləcək: “Avropa Müdafiə Mexanizmi (EDM) dövlət borcunun səviyyəsini artırmadan prosesə külli miqdarda vəsait cəlb etməyə imkan verəcək”, - məqalədə deyilir.
Nəşr vurğulayıb ki, borcun yüksək səviyyəsi bir sıra ölkələri narahat edir. Lakin yeni fond ölkələrə müxtəlif hərbi texnika almağa, ondan istifadə haqqını ödəməyə, həmçinin kreditlər verməyə imkan verəcək. Bundan əlavə, Böyük Britaniya, Ukrayna və ya Norveç kimi Aİ-nin üzvü olmayan ölkələr də fondun iştirakçısı ola bilərlər.
Təşəbbüsün müəllifləri belə hesab edirlər ki, EDM strateji dəstək aktivlərinə - orduların ehtiyac duyduğu bahalı hərbi texnikaya xüsusi diqqət yetirməlidir.
Tural