ABŞ yeni tarif məhdudiyyətlərinin tətbiqini təxirə salmaq niyyətində deyil.
News365.az xəbər verir ki, bunu ABŞ-ın ticarət naziri Hovard Lutnik deyib.
Latnik qeyd edib ki, ABŞ bəzi tərəfdaş ölkələrin bu məsələ ilə bağlı danışıqlar aparmaq xahişinə baxmayaraq, planlarını dəyişməyəcək.
Qeyd edək ki, daha öncə 50-dən çox ölkənin ticarət tariflərinin tənzimlənməsi ilə bağlı danışıqlar aparmaq üçün ABŞ administrasiyasına müraciət etdiyi açıqlanmışdı.