Vanqanın 2025-ci ildə Avropa üçün çox çətin olacağı barədə proqnozu ABŞ lideri Donald Trampın siyasəti fonunda yenidən aktuallaşıb.
News365.az xəbər verir ki, artıq Vanqanın kəhanətinə inananların sayı da artıb.
Bəs, Vanqa 2025-ci il üçün nə demişdi?
Bolqar kahin Avropada böyük münaqişənin olacağını və bunun qitənin “məhv edilməsi” ilə nəticələnəcəyini proqnozlaşdırıb.
Vanqanın sözlərinə görə, bu il Şimali Koreya ilə ABŞ arasında açıq hərbi toqquşma ehtimalı var.
Avropanı genişmiqyaslı dağıntılar və miqrasiya axınları gözləyir ki, bu da yerli əhali ilə müsəlman miqrantlar arasında ciddi münaqişələrin nəticəsində yaranacaq. O, həmçinin AB-nin tamamilə dağılacağını proqnozlaşdırıb.
Kahin 2025-ci ildəki hadisələrin bəşəriyyətə ciddi ziyan vuracağı və dərin tənəzzülə səbəb olacağını da proqnozlaşdırıb.
Buzlaqlar bu tarixə qədər yox olacaq
Vanqaya görə, 2033-cü ilə qədər Yerdəki bütün buzlaqlar tamamilə yox olacaq ki, bu da okeanların səviyyəsinin kəskin artması ilə nəticələnəcək. Buzlaqlar əriyəcəyi halda Stokholm, Riqa, Tallinn, Kopenhagen, Amsterdam və Venesiya kimi Avropanın ən böyük şəhərləri su altında qalacaq. Sankt-Peterburq da daşqın təhlükəsi ilə üzləşəcək.
Vanqanın Rusiyanın 2025-ci ildəki taleyi ilə bağlı proqnozları
Vanqa yeni minilliyin əvvəlində III Dünya müharibəsinin başlanması ehtimalının olduğunu proqnozlaşdırıb. O, bir çox dövlətlərin iştirak edəcəyi hərbi münaqişələrin mümkünlüyünü bildirib.
Vanqanın kəhanətlərini “oxuyanlar”ın sözlərinə görə, kahin 2025-ci ildə rus xalqı üçün iqtisadi və mədəni resursların bərpasına imkanlar yaranacağını deyib.