Küçədə söyüş söyməyə görə 10 min cərimə ödəyəcəklər

Küçədə söyüş söyməyə görə 10 min cərimə ödəyəcəklər
12:00

Rusiyada cərimələrlə  bağlı maraqlı təkliflər irəli sürülüb. Dövlət Dumasında ictimai yerlərdə və internetdə söyüş söyməyə görə nəzərdə tutulan cərimənin 10 dəfə artırılmasını təklif edilib. Bu barədə yerli media məlumat yayıb. 

Dövlət Dumasının deputatı Aleksandr Aksenenko İnzibati Xətalar Məcəlləsinə ictimai yerlərdə və internetdə nalayiq sözlərdən istifadəyə görə cərimələrin 1000-dən 10.000 rubla qədər artırılmasını nəzərdə tutan dəyişikliklər edilməsini təklif edib.


Hazırda ictimai yerdə söyüş kiçik xuliqanlıq kimi təsnif edilir. Buna görə vətəndaşlar 500-dən 1000 rubla qədər cərimə ala və ya 15 günə qədər xüsusi təcridxanaya göndərilə bilərlər.



Tural


Sizin reklam burada
Sizin reklam burada