Ukrayna Aİ-yə üzv olmaq üçün tarixi ilə barışmalıdır.
News365.az xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk Ukraynanın Avropa İttifaqına üzvlük yolunda İkinci Dünya müharibəsi ilə bağlı tarixi məsələlərdə Polşa ilə barışmalı olduğunu bildirib.
O qeyd edib ki, Kiyev hazırda iki ölkə arasında yaranmış ciddi diplomatik böhranı yumşaltmaq üçün fəal addımlar atır.
Tuskun sözlərinə görə, Ukraynanın müharibə dövrünün tarixi ilə bağlı həssas məsələlərdə barışığa nail olması Avropa İttifaqına üzvlük prosesi üçün mühüm əhəmiyyət daşıyır.