"Gördüm sol qolundan qan axır. Həkim dedi ki, barmaqları kəsilib."
News365.az xəbər verir ki, Ucarda xəsarət alan şagirdin babası Əlniyaz Fərzəliyev danışıb:
"Bu hadisə sinifdə olub. Mən işdə idim. Müəllim zəng edib xəbər verdi. Gördüm sol qolundan qan axır. Həkim dedi ki, barmaqları kəsilib."
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən News365.az-a bildirilib ki, şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyinin və idarənin nəzarətindədir.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin sözçüsü Zeynal Rəşidli xəsarət alan şagirdin dərhal tibb müəssisəsinə aparıldığını və vəziyyətinin stabilləşdiyini bildirib.