Zəngəzurda işçilər arasında kütləvi dava - Silahlar işə düşdü

Zəngəzurda işçilər arasında kütləvi dava - Silahlar işə düşdü
12:02

Zəngəzur mis-molibden zavodunda işçilər arasında silahdan istifadə etməklə dava düşüb.

News365.az erməni mediasına istinadən xəbər verir ki, silahlı dava zavodda tətil edən işçilərlə tətilə qarşı çıxanlar arasında baş verib. İşə çıxmağa tərəfdar olanlar tətil edənlərin üzərinə odlu silah və bıçaqla hücum edib. Nəticədə bir neçə nəfər xəsarət alıb. 

Davanı sakitləşdirmək üçün hadisə yerinə polis çağrılıb. Polis 10-nəfərdək insanı saxlayıb.

Qeyd edək ki, zavodun 700-dən çox əməkdaşı bir neçə gündür əməkhaqqının 50% artırılması tələbi ilə tətil edirlər və rəhbərlik bunu qəbuledilməz hesab edir. Tərəflər arasında danışıqlar davam edir.


Sizin reklam burada
Sizin reklam burada