“NATO-nun müharibəyə cəlb olunması təşkilatın nizamnaməsinə ziddir”
Politoloq Əhməd Şahidov News365.az-a müsahibəsində bildirib ki, bu, NATO alyansının avtomatik olaraq yeni müharibəyə cəlb olunması deməkdir və həmin təşkilatların nizamnamələrinə ziddir.
“Təəssüf ki, Ukraynanın uzun illər NATO-ya və Avropa İttifaqına üzv qəbul olunacağı ilə bağlı verilən vədlərin nə qədər əsassız olduğu bir daha üzə çıxır. Görünən odur ki, Tramp administrasiyası həm Ukraynaya, həm də Rusiyaya təzyiq göstərməklə tərəflər arasında müəyyən müddətlik atəşkəs razılaşmasının əldə olunmasına çalışır,” – deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, bu çərçivədə Trampın seçkiöncəsi verdiyi vədləri həyata keçirməyə cəhd edilir. “Əvəzində isə Ukraynaya müəyyən humanitar yardımlar edilə bilər”, – Əhməd Şahidov əlavə edib.