Türkiyədə 67 kilo narkotik ələ keçirilib.
News365.az bu barədə Türkiyə KİV-ə istinadla xəbər verir.
Məlumata görə, Ədirnədən Bolqarıstana açılan Kapıkule sərhəd qapısından ölkəyə daxil olan yük maşınında aparılan axtarışda 67 kilo narkotik maddə ələ keçirilib.
Ədirnə Gömrük Mühafizəsi Qaçaqmalçılıq və Kəşfiyyat Müdirliyi qruplarının bu ilin ilk ayında Kapıkule sərhəd qapısında həyata keçirdiyi əməliyyatlarda ümumilikdə 1177 kilo narkotik maddə ələ keçirdiyi bildirilib.