“Ukraynanın aldığı bu cür dəstəklər, münaqişənin həlli istiqamətində ciddi bir irəliləyişin olmayacağını göstərir. Bu da o deməkdir ki, müharibə uzun müddət davam edəcək və bölgədəki vəziyyət daha da gərginləşəcək”.
Bunu Siyasi şərhçi Aydın Quliyev News365.az-a açıqlamasında bildirib.
"Ukrayna və Rusiya atəşkəs imzalamağa hazır deyil, çünki mövcud mövqelərinə qayıtmaq niyyətində deyillər. Hər iki ölkənin əsas rolu ABŞ-ın rolunu oynamaqdır və onların hazırkı vəziyyətdəki rolu bu münaqişəni daha da gərginləşdirməkdir. Buna görə də Ukraynaya hərbi yardım, silah yardımı və maliyyə yardımı göstərilir. Bunun əsas nəticəsi münaqişənin daha da şiddətlənməsi olacaq və biz Rusiya ilə Ukraynanı kənardan müşahidə edə biləcəyik. ABŞ-ın Ukraynaya 90 Patriot raketi verməsi isə Ukrayna münaqişəsinin uzun müddət davam edəcəyinə işarə edir."