Dərs saatları artırıla bilər

Dərs saatları artırıla bilər
17:59

Gələcəkdə tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili fənninin tədris müddəti həftəlik 3 saatdan 4 saata artırıla bilər. 

News365.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib. 

Nazir qeyd edib ki, hamı istədiyi dildə təhsil almaqda sərbəstdir: 

"Biz Azərbaycan dili fənninin dərs saatlarını 2-dən 3-ə artırmışdıq. Amma lazım gələrsə, növbəti illərdə xarici dillərdə dərslərin tədris olunduğu siniflərdə Azərbaycan dili fənninin dərs saatları daha da artırılacaq.

Hamı istədiyi dildə təhsil almaqda sərbəstdir. Amma təhsildə əsas məqsədlərimizdən biri də ana dilimizi unutmamaqdır".


Sizin reklam burada
Sizin reklam burada