İstanbulun mərkəzində restoran yanır

İstanbulun mərkəzində restoran yanır
14:31

İstanbulun mərkəzində restoran yanır, hadisə yerində çox sayda yanğınsöndürmə briqadaları işləyir.

News365.az yerli KİV-ə istinadən xəbər verir ki, restoran tarixi Misir bazarının yaxınlığında, Eminönü ərazisində yerləşir.

Obyekt beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşir, alov yuxarı mərtəbələrə və qonşu binalara yayılıb.

Hələlik binanın içərisində insanların qalıb-qalmadığı məlum deyil. Həmçinin ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

Hadisə yerində təcili tibbi yardım briqadaları da işləyir.


Sizin reklam burada
Sizin reklam burada