"Yaxın gələcəkdə burada yeni layihələr icra olunacaq"- Nəqliyyat eksperti

"Yaxın gələcəkdə burada yeni layihələr icra olunacaq"- Nəqliyyat eksperti
15:18

"Zabrat və Pirşağı yolunun kəsişməsi, Bilgəh-Sibriz ərazisindən Ziya Bünyadov prospekti istiqamətində Balaxanı kəndi tərəfdən yol ötürücünün kəsişmə nöqtəsidir"

Nəqliyyat eksperti Aslan Əsədov bunu News365.az-a açıqlamasında deyib. 

"Ərazidə Pirşağı kəndindən Sumqayıt istiqamətindəki yolun qovşağı, həmçinin Mehtabad, Göradiı, Novxanı və Masazır istiqamətlərinə gedən yolların qovşaqları mövcuddur. Bu ərazi nəqliyyat yükü baxımından böyük potensiala malikdir. Yaxın gələcəkdə burada yeni layihələr icra olunacaq ki, bu da həm ərazinin iqtisadi inkişafına, həm də nəqliyyat sıxlığının azaldılmasına müsbət təsir göstərəcək. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə regionda ciddi dəyişikliklər gözlənilir."- deyə bildirib. 


Sizin reklam burada
Sizin reklam burada