Universitetlər regionlara köçürüləcəkmi... - Rəsmi CAVAB

Universitetlər regionlara köçürüləcəkmi... - Rəsmi CAVAB
17:30

"Universitetlərin bölgələrə köçürülməsi konseptual məsələdə müzakirə olunur".

News365.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə çıxışı zamanı deyib.

"Konseptual səviyyə o deməkdir ki, hələ bunun təhlilləri aparılır. Bu, sizə asan gəlməsin. Bu istiqamətdə bizim də hesablamalarımız var. Aidiyyəti qurumlarla işləyirik. Bakının mərkəzində yerləşən bir universitet 16-20 min tələbə üstəgəl onların müəllimləri və bir neçə hektar ərazi deməkdir. Asan məsələ deyil və bunu istisna etmirik. Düşünürük ki, bu, həm də təhsil üçün yaxşıdır. Universitetlərin köçürülməsinin layihə və ilkin təkliflər formatında hazırlanması nəzərdə tutulur", - deyə nazir söyləyib.


Sizin reklam burada
Sizin reklam burada