Ağcabədidə bir nəfər kanalda BATDI - YENİLƏNİB

Ağcabədidə bir nəfər kanalda BATDI - YENİLƏNİB
14:27

Ağcabədi rayonunda Yuxarı Qarabağ kanalında suda batması ehtimal olunan gəncin axtarış tədbirlərinin effektivliyi məqsədi ilə Yuxarı Qarabağ kanalında suyun səviyyəsi aşağı endirilib.

Bu barədə News365.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

FHN Aran Dalğıc Qrupu axtarış əməliyyatlarını davam etdirir.

***

Ağcabədidə bir nəfər kanalda batıb.

Bu barədə News365.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.



Sizin reklam burada
Sizin reklam burada