Türkiyənin Dənizli vilayətinin Buldan ilçəsində lisey şagirdlərinin olduğu mikroavtobus yoldan çıxaraq aşıb.
News365.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 26 nəfər isə yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisə yerinə jandarma, polis, yanğınsöndürmə və tibbi briqadalar göndərilib. Qəzanın səbəbləri araşdırılır.