İstanbul Böyükşəhər Bələdiyyəsinin tabeçiliyində olan Metro İstanbul, şəhər daxili nəqliyyatda valizlə səyahət edən sərnişinlər üçün yeni qaydalar tətbiq etdiyini açıqlayıb.
News365.az xəbər verir ki, sərnişin sıxlığının artdığı metro xətlərində təhlükəsizlik və rahatlığı təmin etmək məqsədilə 30 kiloqramdan ağır və ya 120×60×50 sm-dən böyük valizlər stansiyalara və vaqonlara buraxılmayacaq. Həmçinin “kempinq tipli böyük çantalar” da valiz kateqoriyasına daxil edilir.
Metro İstanbul bildirir ki, sərnişinlər yalnız 1 böyük valiz və 1 kabin ölçülü valiz və ya 1 kiçik/orta ölçülü çanta daşıya bilərlər. 1-dən çox valizlə giriş edənlərdən əlavə bir səyahət haqqı alınacaq.
Sərnişinlərdən valizləri oturacaqlara qoymamağı və keçidləri bağlamamağı, kapı yanındakı ayaq dayanacaq yerlərindən istifadə etmələri xahiş olunur.
News365.az