Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - ANBAAN VİDEO

Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - ANBAAN VİDEO
12:52

Bakıda ağır yol-nəqliyyat hafisəsi olub.

Hadisəyə dair görüntülər sosial şəbəkədə yayılıb.

Məlumata görə, dünən saat 18:49-da Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana yolunda 214 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 10 TG 815 dövlət qeydiyyat nişanlı avtobus  piyadanı vurub.

Belə ki, yaşlı qadın digər avtobusdan düşərkən arxadan gələn nəqliyyat vasitəsi onu vurub, daha sonra üstündən keçib.

1951-ci il təvəllüdlü Bağda Sovin qızı aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada