Hər gün istifadə etdiyimiz bu qida - İnsult riskini artırır

Hər gün istifadə etdiyimiz bu qida - İnsult riskini artırır
15:23

Rasionda şəkərin normadan artıq olması insult və ürək-damar xəstəlikləri riskini ciddi şəkildə artırır.

Bu barədə tanınmış rusiyalı kardioloq Dmitri Orlov xəbərdarlıq edib.

Mütəxəssis bildirib ki, uzun illər boyu normadan artıq şəkər qəbul etmək orqanizmdə geri dönməz proseslərə səbəb olur:                                                     “İnsan illərlə həddindən artıq şəkər istehlak edərək yaşayanda, onun damarları və ürəyi tükənmə rejimində işləyir — təzyiq yüksəlir, ateroskleroz və diabet inkişaf edir. Müəyyən bir məqamda isə bu proses insult və ya infarktla nəticələnir”.

Həkimin sözlərinə görə, təhlükə yalnız tort və konfet kimi göz qabağında olan şirniyyatlarla məhdudlaşmır. Qazlı içkilər, paketlənmiş şirələr, şirin yoqurtlar, müxtəlif souslar və yarımfabrikatların tərkibindəki “gizli şəkər” də eyni dərəcədə risk yaradır.

Dmitri Orlov şəkərdən tamamilə imtina etməyin şərt olmadığını, lakin onun miqdarını minimuma endirməyi məsləhət görür. Bunun üçün o, şirin içkiləri rasiondan çıxarmağı, desertləri azaltmağı, şirniyyatların bir qismini isə meyvə və qoz-fındıqla əvəz etməyi tövsiyə edir.


Sizin reklam burada
Sizin reklam burada