Azərbaycanın və Türkiyənin tanınmış jurnalistləri
arasında 8 noyabr Zəfər Günü münasibətilə futbol üzrə “Qardaşlıq matçı” adlanan
yoldaşlıq görüşü keçiriləcək.
News365.az xəbər verir ki, bu barədə tədbirin təşkilatçılarından
olan Öndər.Tv-nin baş redaktoru Ramil Əliyev məlumat verib.
R.Əliyev bildirib ki, qarşılaşma Azərbaycanın Zəfər Günü və
Azərbaycan –Türkiyə qardaşlığının daha da möhkəmlənməsinə həsr olunur: “Türkiyənin
tanınmış jurnalistləri Azərbaycana 3 günlük səfər gələcəklər. Səfər çərçivəsində
bu qarşılaşma baş tutacaq. Yarış oktyabrın 5-də Binəqədi rayonu, 7-ci
mikrorayon, Süleyman Sani Axundov küçəsi 27 B ünvanında, “Azfar Group”un
stadionunda keçiriləcək. Hər kəs oyunu izləməyə dəvətlidir”