Maradonanın cənazəsi mavzoleyə köçürüləcək

Maradonanın cənazəsi mavzoleyə köçürüləcək
02 Okt 2024 09:47

Argentinanın San-İsidro şəhərinin məhkəməsi futbolçu Dieqo Maradonanın qalıqlarının Buenos-Ayresdə tikilməkdə olan məqbərəyə köçürülməsinə icazə verib. Bu barədə Clarin məlumat yayıb. 

Futbolçunun qalıqlarının köçürülməsi üçün icazəni Maradonanın qızları Dalma və Canninadan alınıb.

Qeyd edək ki, Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. Qeyd edək ki, dünya futbolunun əfsanəsi 1984-1991-ci illərdə "Napoli"də çıxış edib və burada ikiqat İtaliya çempionu olub.

O, həmçinin Argentinos Juniors, Boca Juniors, Barcelona, ​​Sevilla və Newell's Old Boys klublarında oynayıb. 2010 Dünya Kubokunda məşqçi kimi Argentinanı 1/4 finala çıxarıb.

Argentina millisinin heyətində 91 matçda iştirak edib, 34 qol vurub. 1986-cı il dünya çempionatının sonunda Maradona turnirin ən yaxşı oyunçusu kimi tanınıb. Növbəti dünya çempionatında forvard yarışın gümüş mükafatçısı olub.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər